Mart 11, 2024 19:37 Asia/Baku
  • İran güləşçiləri Sofiya turnirində uğurla çıxış ediblər

Martın yeddisindən onunadək Bolqarıstanın paytaxtı Sofiya şəhərində Danklov və Nikolay Petrov kuboku uğrunda sərbəst və yunan-roma güləşləri üzrə turnir keçirilib.

Yarışların sonunda İranın yunan-roma güləşi komandasının üzvləri Məhəmməd Naqusi, Qulamrza Fərruxi və Əmirrza Əkbəri qızıl medal alıblar. Məhəmmədrza Gərayi gümüş medal qazanıb. Komanda cədvəlində İran yüz on yeddi xalla üçüncü olub.

İranın sərbəst güləş komandasında isə Abbas İbrahimzadə və Mobin Əzimi qızıl medala layiq görülüblər. Yasin Rzayi isə bürünc medala sahib çıxıbdır.

 

Teqlər