Mart 14, 2024 20:14 Asia/Baku
  • İranlı gimnast dayaqlı tullanmada dünya reytinqinin üçüncü pilləsində yer alıb.

Dünya Gimnastika Federasiyasının reytinqinə əsasən, İranın milli gimnastika komandasının üzvü Mehdi Ülfəti dayaqlı tullanmada 49 xalla üçüncü yerdədir.

Ülfəti Paris Olimpiadasına vəsiqə qazanmaq üçün mərhələlərdən biri sayılan və Misirdə keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokunda dayaqlı tullanmada 5-ci olub və 16 xal toplayıb.

Bu iranlı idmançı Almaniyada keçirilən dünya çempionatında da gümüş medal qazanıb və 25 xal toplayıb.

Reytinqin birinci və ikinci pillələrində 60 xalla Ermənistan idmançısı, 55 xalla isə Ukrayna gimnastı qərarlaşıb.