İranın güləş komandaları Türkiyə turnirinin birinciliyini qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i409398-İranın_güləş_komandaları_türkiyə_turnirinin_birinciliyini_qazanıblar
İranın yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləş komandaları ümumilikdə on bir qızıl, altı gümüş və beş bürünc medalla Türkiyədə keçirilən beynəlxalq qələbə kuboku yarışlarının çempionları olublar.
(last modified 2024-03-15T06:51:49+00:00 )
Mart 15, 2024 10:26 Asia/Baku
  • İranın güləş komandaları Türkiyə turnirinin birinciliyini qazanıblar

İranın yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləş komandaları ümumilikdə on bir qızıl, altı gümüş və beş bürünc medalla Türkiyədə keçirilən beynəlxalq qələbə kuboku yarışlarının çempionları olublar.

Yeniyetmələrin sərbəst güləş üzrə sözügedən yarışları martın on ikisindən on dördünədək Türkiyənin Antalya şəhərində keçirilib. Sonda İran komandası Sam Ərşəd, Sübhan Esmi, Rza Əfşar, Əmirrza Əlipur və Əmir Hüseyn Nəqdəlipur tərəfindən qızıl, Məhəmməd Əmin Saqi, Əmir Hüseyn Məhəmmədi-Müqəddəm, Sam Səyyar və Kamran Fəzli vasitəsilə gümüş, eləcə də Ahura Xateri tərəfindən bürünc medallara layiq görülüb.

Yunan-roma güləşçiləri də bu yarışlarda on rəngarəng medalla birincilik əldə ediblər.