Mart 17, 2024 19:46 Asia/Baku
  • İranlı pəhləvanlar Türkiyə Çempionlar Kubokunda zəfər qazandı

Şənbə günü İranın gənclərdən ibarət sərbəst güləş komandası Türkiyə Çempionlar Kuboku yarışında 7 qızıl, 2 gümüş və 2 bürünc medalla qələbə qazanıblar.

Yunan-Roma güləşi üzrə, 55 kq çəki dərəcəsində Əli Əhmədi Vəfa qızıl medal, 67 kq çəkidə Məhəmməd Mətin Salemi gümüş medal, 77 kq çəki dərəcəsində Əlirza Abduli qızıl medal və 97 kq çəkidə isə Həmidrza Kaştkar qızıl medal qazanıb.

Sərbəst güləş üzrə isə, Əli Mömini 57 kq çəki dərəcəsində qızıl medal, 57 kq çəki dərəcəsində Əli Yəhyapur bürünc medal, 70 kq çəkidə Əli Kərəmpur qızıl medal, 79 kq çəkidə Məcid Baqiri qızıl, bu çəkidə isə İranın digər təmsilçisi Asteraki bürünc medal qazanıb.

97 kq çəki dərəcəsində Arin Səccadi və İranın digər təmsilçisi Əbülfəzl Babalu yekun görüşdə, Babalu qızıl, Səccadi isə gümüş medala sahib olublar.