Mart 22, 2024 14:11 Asia/Baku
  • Gürcüstan final mərhələsinə yaxınlaşdı

AVRO-2024-ün pley-off mərhələsində keçirilən 6 oyun mənzərəni daha da aydınlaşdırıb.

İlk matçda Gürcüstan ilə Lüksemburq milliləri qarşılaşıblar.

Gürcüstan doğma meydanda rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Budu Zivzivadze vurub.

Pley-off mərhələsinin digər oyunlarının nəticələri isə belə olub: A liqasında Polşa - Estoniya 5:1, Uels - Finlandiya 4:1  B liqasında Ukrayna - Bosniya və Herseqovina 2:1, İslandiya – İsrail 4:1  C liqasında Yunanıstan - Qazaxıstan 5:0, Gürcüstan - Lüksemburq 2:0

Bu nəticələrə əsasən, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan oyunları baş tutacaq. Qarşılaşmalar martın 26-da keçiriləcək. Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.