İran-Türkmənistan: 5-0
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i409589-İran_türkmənistan_5_0
Dünya çempionatının seçmə mərhələsinin ötən iki görüşündə bir qələbə qazanıb, bir heç-heçə edən İranın futbol üzrə milli komandası yeni günəş ilindəki ilk görüşündə Türkmənistan yığmasını məğlub edib və öz qrupunda yarış cədvəlinin önünə yüksəlib.
(last modified 2024-03-22T06:50:04+00:00 )
Mart 22, 2024 10:48 Asia/Baku
  • İran-Türkmənistan: 5-0

Dünya çempionatının seçmə mərhələsinin ötən iki görüşündə bir qələbə qazanıb, bir heç-heçə edən İranın futbol üzrə milli komandası yeni günəş ilindəki ilk görüşündə Türkmənistan yığmasını məğlub edib və öz qrupunda yarış cədvəlinin önünə yüksəlib.

2026-cı il dünya çempionatının seçmə mərhələsinin E qrupunda yarışan İran və Türkmənistan komandaları martın iyirmi birində Bakı vaxtı ilə saat iyirmi-sıfır-sıfır-da qrup üzrə üçüncü görüşdə qarşılaşıblar.

Tehranın Azadi stadionunda keçirilən və yaponiyalı hakim Yosuke Arakinin idarə etdiyi oyun/ sonda/ beş-sıfır hesabı ilə Əmir Qəlenoi-nin yetirmələrinin xeyrinə qurtarıb.