Mart 26, 2024 13:13 Asia/Baku
  • İran qar voleybolu komandası gümüş medal qazanıb

İranın qar voleybolu komandası bu idman növü üzrə Çində keçirilən ilk beynəlxalq yarışda gümüş medal qazanıb.

Bu turnir qar voleybolu üzrə beynəlxalq federasiyanın/ çoxşaxəli İpək Yolu Qurşağı layihəsinin bir hissəsidir.. Yarışlar İran, Fransa, Çin-bir, Çin-iki və Çin-üç komandalarının iştirakı ilə martın iyirmisindən Çinin Urumçi şəhərində başlanıb və martın iyirmi dördündə qaliblərin təqdim olunmaları ilə öz işini başa vurub.

Turnirdə uayld-kartla iştirak edən Fransa yığması yarışların qalibi olub.

İranın qar voleybolu komandası yarışların qrup mərhələsində sıra ilə, Fransa, Çin-üç, Çin-iki və Çin-bir komandalarını məğlub edib. Yarımfinalda Çin-iki komandasını məğlub edən İran millisi finala vəsiqə qazanıb.

Finalda Fransa yığmasına sıfır-iki hesabı ilə məğlub olan komandamız voleybol tarixində/ qar voleybolu üzrə ilk beynəlxalq medala sahib çıxıb.