Mart 27, 2024 16:19 Asia/Baku
  • İran Dünya Çempionatının son seçmə mərhələsinə yüksəldi

İranın milli futbol komandası Türkmənistana 1:0 hesabı ilə qalib gələrək 2026-cı il dünya çempionatının Asiya qitəsində yüksəlməyi bacarıb.

İran milli futbol komandası DÇ-2026-nın ikinci təsnifat oyunlarının cavab mərhələsində Kopetdağ stadionunda Türkmənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi 45+5-ci dəqiqədə Mehdi Qaidinin qolu ilə yekunlaşıb.

Vurulmuş qələbə qolu ilə 4 oyundan 10 xal toplayan İranın milli futbol komandası, Asiya regionundan 2026-cı il dünya çempionatının son seçmə mərhələsinə, eləcə də 2027-ci ilin Səudiyyə Ərəbistanında keçirilən Asiya Millətlər Kubokunun seçmə mərhələsinə yüksəlib.

Bundan əlavə Özbəkistan millisi də Honq-Konqa 3:0 hesabı ilə qalib gələrək İranla müqayisədə az top fərqi ilə E qrupunda ikinci pillədə qərarlaşıb.