Apr 11, 2024 15:42 Asia/Baku
  • Avropa Çempionlar Liqasının 1/4 finalı

"Barselona" və "Atletiko Madrid" futbol komandaları Avropa Çempionlar Liqasının 2023-24-cü il mövsümünün 1/4 final mərhələsində rəqiblərinə qalib gəliblər.

  Ötən gün Parisdə keçirilən Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniyanın “Barselona” klubu ev sahibi "Paris Sen-Jermen" i 3:2 hesabı ilə məğlub edib.

Bundan əlavə “Atletiko Madrid” klubu da Almaniya Dortmund “Borussiya”sına 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları gələn həftə keçiriləcək.

Mövsümün final mərhələsi 2024-cü il iyunun 1-də Londondakı Uembli stadionunda keçiriləcək.