May 03, 2024 18:17 Asia/Baku
  • ROMA-BAYER-04: 0-2

Roma Sərdarın iştirakı ilə uduzdu; Bayer-04 finalın bir addımlığında

Almaniyanın Leverkuzen şəhərini təmsil edən Bayer-04 futbol klubu öz fövqəladə günlərinin davamında Avropa liqasının yarımfinalında Roma klubu üzərində qələbə qazanıb.

Avropa liqasının ilk yarımfinal görüşü çərçivəsində dünən Bakı vaxtı ilə axşam saat on bir-sıfır-sıfırda İtaliyanın Roma şəhərinin Olimpiko stadionunda Roma klubu Bayer-04-ə ev sahibliyi edib. Ev sahibləri oyunun sonunda sıfır-iki hesabı ilə qonaq komandaya məğlub olublar.

Builki futbol mövsümündə böyük hünər göstərən və Bundesliqa-nın çempionu olmağı bacaran Bayer-04, İtaliya ərazisində keçirilən bu oyunda Roma-nı məğlub etdi və finalın bir addımlığında qərar tapdı.

Sözügedən oyunda Bayer-04 üçün qolları Florian Virts və Robert Andriç vurublar.

İranlı futbolçu Sərdar Azmun yetmiş doqquzuncu dəqiqədə meydana daxil olsa da, öz komandası üçün qol vura bilməyib. Cavab görüşü gələn həftə Almaniyanın Leverkuzen şəhərinin Bay-Arena stadionunda keçiriləcək.

Digər yarımfinal oyununda isə, dünən Bakı vaxtı ilə axşam saat on bir-sıfır-sıfırda Fransanın Marsel şəhərinin “Oranj Veledrom” stadionunda Marsel futbol klubu İtaliyanın Atalanta klubunu qarşılayıb. Görüş bir-bir hesabı ilə heç-heçə başa çatıb. Gələn həftə İtaliyanın Berqamo şəhərində cavab görüşü keçiriləcək.