Sərlək italiyalı güləşçiyə qalib gəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i411087-sərlək_italiyalı_güləşçiyə_qalib_gəlib
İranın əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi olimpiya seçmə yarışlarındakı ilk mübarizəsində italiyalı rəqibi üzərində üstünlük qazanıb.
(last modified 2024-05-11T12:49:33+00:00 )
May 11, 2024 16:48 Asia/Baku
  • Sərlək italiyalı güləşçiyə qalib gəlib

İranın əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi olimpiya seçmə yarışlarındakı ilk mübarizəsində italiyalı rəqibi üzərində üstünlük qazanıb.

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst güləş üzrə Paris olimpiya oyunlarına beynəlxalq seçmə turnirinin əvvəlində İranın əlli yeddi kiloqram çəkidə mübarizə aparan sərbəst güləşçisi- dünya üzrə gümüş medalçı- Əlirza Sərlək ilk mərhələdə İtaliya nümayəndəsi Simone Perido ilə qarşılaşıb. Rəqibini dörd-iki hesabı ilə məğlub edən Sərlək, səkkizdə bir finala çıxıb.

O, bu mərhələdə gürcüstanlı Roberti Dinqaşvili ilə mübarizə aparacaq.

Finala vəsiqə qazananlar, həmçinin hər çəki dərəcəsinin üçüncü nəfərlərinin mübarizəsinin qalibi/ olimpiya payı əldə etməyə müvəffəq olacaq.