May 16, 2024 18:05 Asia/Baku
  • AFC İsrailin FİFA-dan qovulması təklifini dəstəkləyib

Cümə axşamı Tailandın paytaxtı Banqkokda 34-cü Asiya Futbol Konfederasiyası Konqresi keçirilib. Konqresdə Fələstinin Qəzzədə davam edən müharibə səbəbindən İsrailin FİFA-dan qovulması ilə bağlı təklifi dəstəkləyib.

AFC prezidenti Şeyx Salman bin İbrahim Ali Xəlifə Fələstin Futbol Assosiasiyasının cümə günü keçiriləcək FİFA konqresi ərəfəsində “İsrail komandalarına qarşı dərhal və müvafiq sanksiyaların qəbul edilməsini” nəzərdə tutan təklifini dəstəklədiyini bildirib.

Şeyx Salman deyib: "Asiya Futbol Konfederasiyası o zaman güclüdür ki, üzvləri güclü olsun və onlardan biri əziyyət çəkəndə onun bütün digər üzvləri təsirlənir. Asiya Futbol Konfederasiyası Fələstin Futbol Assosiasiyası ilə birlikdədir. Biz Fələstin futbol ictimaiyyətinin üzləşdiyi problemlər üçün effektiv həll yolları axtarmaqda onların yanında olacağıq". 

"Bizim borcumuzdur ki, Fələstin Futbol Assosiasiyasını AFC və FİFA-nın qayda-qanunları və nizamnaməsi çərçivəsində sürətli və effektiv qərarlar üçün dəstəkləyək", - deyə o, qeyd edib.