Azərbaycan millisi Avropa çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i411209-azərbaycan_millisi_avropa_çempionu_olub
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
(last modified 2024-05-17T08:21:25+00:00 )
May 17, 2024 12:20 Asia/Baku
  • Azərbaycan millisi Avropa çempionu olub

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti xəbər verir ki, məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan Azərbaycan Respublikası yığması 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.

Yekunda 140 xal toplayan Azərbaycan Respublikasının milli komandası ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.