İranın eşitmə məhdudiyyətli komandası futzal üzrə dünya çempionatının qalibi olub
İranın 21 yaşadək eşitmə məhdudiyyətli əlillərdən ibarət futzal üzrə yığma komandası ev sahibi Qazaxıstanı məğlub edərək, ikinci dəfə dünya çempionu olub.
İran komandası 21 yaşadək eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə dünya çempionatının finalında bazar ertəsi bu turnirə ev sahibliyi edən Qazaxıstan komandası ilə qarşılaşıb və oyunun əsas vaxtında 3-3 hesablı heç-heçə edib. İran Komandası əlavə vaxtlarda isə 7-4 hesablı qələbə ilə ikinci dəfə dünya çempionu adını qazanıb.
Bu görüşdə İran komandası üçün Əmir Rza Həsənzadə 4 qol, İliya Fəyyazi, Puriya Səidi və İbrahimi isə hər biri bir qol vurublar.
İranın eşitmə məhdudiyyətli əlillərdən ibarət futzal komandası qrup mərhələsində Tailand, Braziliya, Azərbaycan və Özbəkistan komandalarına qalib gəlib, yarımfinalda isə Omana qarşısında qələbə qazanıb.