İyun 13, 2024 17:05 Asia/Baku
  • 2024 olimpiyası Messisiz keçiriləcək

2024 olimpiyası argentinalı superulduzsuz, Messinin Paris bilet ləğv edildi.

Dünya futbolunun argentinalı superulduzu Paris olimpiya oyunlarında iştirak etməyəcəyini bildirib. Qeyd edib ki, o, bütün yarışlarda iştirak edə bilmək yaşında deyildir.

Lionel Messi bu günlər Argentina milli futbol komandası ilə yanaşı, 2024-cü il Amerika kuboku yarışlarına hazırlaşır. Yarışlar iyunun iyirmisində Amerikanın ev sahibliyi ilə başlanacaq və Argentina millisi öz çempionluq adını qorumağa çalışacaq.

Belə bir halda, olimpiya oyunları məhz Amerika kuboku yarışlarının bitməsindən bir neçə həftə sonra başlanacaq və Messinin/ üç yuxarıyaşlı paydan biri kimi Argentina milli olimpiya komandasının tərkibində bu yarışlarda iştirak etməsi şayiəsi eşidilməkdədir.

İyirmi üç yaşadək Argentina komandasının baş məşqçisi Xavier Maskerano, ötən ilin qışında xəbər verdi ki, 2008-ci il olimpiyasında yarışların qızılını alan Messiyə Paris olimpiya oyunlarında iştirak barədə dəvətnamə göndərib.

Amerikanın “İnter Mayami” klubunda oynayan argentinalı superulduz bu haqda belə deyib: Diqqətlə seçim etməliyik. İki ardıcıl turnirdə oynamaq, çox çətin və uzundur. Əlbəttə, mən çox şanslı idim ki, olimpiyada oynadım və Maskerano ilə yanaşı çempion oldum. Əsla unutmayacağım xatirələrlə fövqəladə bir təcrübə idi.