İyun 24, 2024 10:44 Asia/Baku
  • İranlı yeniyetmələr yunan-Roma güləşi üzrə Asiya çempionatında ikinci olublar

İranın yeniyetmələrdən ibarət milli güləş komandası üç qızıl, dörd gümüş və üç bürünc medal qazanmaqla Asiya çempionatında ikinci olub.

Yunan-Roma güləşi üzrə Asiya çempionatının sonunda Əbülfəzl Kərəmi əlli bir, İmad-Rza Mohsennejad səksən, Danyal İzədi də doxsan iki kiloqram çəki dərəcələrində qızıl medal əldə ediblər.

Həmçinin Əhməd Bədrəddini qırx beş, Əli-Rza Əmiri qırx səkkiz, Əmir-Mehdi Səidinəva altmış yeddi, Məhəmməd Kazemi yetmiş bir kiloqram çəki dərəcələrində gümüş,/ Əmir-Əli Heydəri əlli beş, Əbülfəzl Şiri altmış, Əyyub Hüseynvənd isə yüz on kiloqram çəki dərəcələrində bürünc medal qazanıblar.

Komanda sıralamasında isə iki yüz xal toplayan İran millisi iki yüz on beş xal yığan Özbəkistan komandasından sonra ikinci pillədə durub. Qazaxıstan yığması da yüz qırx səkkiz xalla üçüncü olubdur.

Yunan-Roma güləşi üzrə Asiya çempionatı iyunun iyirmi ikisi və iyirmi üçündə İordaniyanın paytaxtı Əmmanda keçirilib.

 

 

Teqlər