İyun 30, 2024 16:09 Asia/Baku
  • İsverçrə İtaliyanı məğlub etməklə hamını heyrətləndirdi

Futbol üzrə Avropa Çempionatında İsveçrə komandası 2-0 hesabı ilə İtaliyanı məğlub edərək, 1/4 finala yüksəlib.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İsveçrə və İtaliya yığmaları Berlindəki Olimpiya stadionunda qarşılaşıblar. 

İsveçrə bu görüşdə İtaliyanı 2-0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib və İtaliya son illərdəki uğursuzluqları silsiləsinin davamında bu turnirlə erkən vidalaşmlı olub.

İsveçrə 1/4 finalda İngiltərə-Slovakiya matçının qalibi ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin digər görüşündə isə Almaniya və Danimarka milliləri qarşılaşıblar ki, 2-0 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb. 

1/4 finalda Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.

Qeyd edək ki, Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

Əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək. 

Günün digər matçı isə İspaniya və Gürcüstan milliləri arasında keçiriləcək.