İran Paris Olimpiadasında ilk qızıl medalını qazanıb
İranın yunan-Roma güləşi üzrə milli komandasının kapitanı Məhəmməd Hadi Sarəvi Paris-2024 Olimpiya Oyunlarında İran üçün ilk qızıl medalı qazanıb.
97 kiloqram çəki dərəcəsində mübarizə aparan Hadi Sarəvi çərşənbə günü axşam keçirilən çətin final görüşündə Ermənistandan olan rəqibi Artur Aleksanyanı məğlub edərək, Olimpiya Oyunlarının qızıl medalçısı olub və bu turnirdə İran karvanı üçün ilk qızıl medalı qazanıb.
Bundan əvvəl 130 kiloqram çəki dərəcəsində mübarizə aparan İranın digər yunan-Roma güləşçisi Əmin Mirzəzadə Azərbaycan Respublikasından olan İran əsilli rəqibini məğlub edərək, bürünc medal qazanmışdı.
Həmçinin, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan İranın qadın taekvondoçu Mobina Nemətzadə Səudiyyə Ərəbistanı təmsilçisini məğlub edərək, bürünc medala sahib olub.
İranın digər iki yunan-Roma güləşçisi Səid Esmayili və Əli Rza Məhəmmədi də bu axşam qızıl medallar uğrunda mübarizə aparacaqlar, İranın sərbəst güləşçiləri də yaxın günlərdə Paris Olimpiadasında yarışlarına başlayacaqlar və onların medal qazanacaqlarına böyük ümidlər var.