İran prezidenti Nahid Kiyanıni olimpiya ikincisi olması münasibətilə təbrik edib
Avq 09, 2024 12:27 Asia/Baku
Məsud Pezeşkiyan Nahid Kiyanini Paris olimpiya oyunlarında ikinci olması münasibətilə təbrik edib.
İran prezidenti doktor Məsud Pezeşkiyan bu iranlı taekvondoçu qızın olimpiya oyunlarının gümüş medalını qazanması ilə bağlı sosial şəbəkədəki səhifəsində təbrik mesajı yerləşdirib.
Təbrik mesajında deyilir: Əziz qızım Nahid Kiyani, olimpiya oyunlarında göstərdiyin səy təqdirəlayiqdir. Sən İranın qadın idmanı üçün yeni tarix yazdın. Olimpiya gümüşünü əldə etməyin münasibətilə səni və bütün İran xalqını təbrik edirəm.