Avq 10, 2024 12:59 Asia/Baku
  • İranlı pəhləvan Əmir Hüseyn Zare çempionluğun bir addımlığında

“Paris 2024” Olimpiyadasında sərbəst güləş üzrə 125 kg çəki dərəcəsində yarışan iranlı pəhləvan Əmir Hüseyn Zare dünya və olimiya qızıl medala sahib, türkiyəli rəqibi Taha Akgülü məğlub edərək finala vəsiqə qazanıb.

İki dəfə dünya çempionatında qızıl medala və bir dəfə Olimpiya yarışlarında bürünc medal sahibi iranlı güləşçi Əmir Hüseyn Zare 125 kq çəki dərəcəsində sayca üçüncü qarşılaşması olan yarımfinal mərhələsində dünya və olimiya qızıl medal sahibi, türkiyəli rəqibi Taha Akgüllə döşək üzərində mübarizəsini davam etdirib. Əmir Hüseyn Zare olduqca çətin keçən bu qarşılaşmanın sonunda 2:1 hesablı üstünlüklə rəqibinə qələbə çalıb.

Qeyd edək ki, iranlı pəhləvan Olimiya yarışlarının ilkin qarşılaşmasında qazaxıstanlı rəqibi Aiaal Lazarevi 5:0 hesabı ilə məğlub etmiş daha sonra kanadalı güləşçi Amarvir Desiyə 10:0 hesablı üstünlüklə qalib gələrək yarımfinala çıxmışdı.