İranın yeniyetmələrdən ibarət yunan-Roma güləş komandası inamla dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i413848-İranın_yeniyetmələrdən_ibarət_yunan_roma_güləş_komandası_inamla_dünya_çempionu_olub
Üç qızıl və üç bürünc medal qazanan İranın yeniyetmələrdən ibarət yunan-Roma güləş komandası qüdrətlə dünya çempionluğunu təkrar edib.
(last modified 2024-08-22T05:57:54+00:00 )
Avq 22, 2024 08:55 Asia/Baku
  • İranın yeniyetmələrdən ibarət yunan-Roma güləş komandası inamla dünya çempionu olub

Üç qızıl və üç bürünc medal qazanan İranın yeniyetmələrdən ibarət yunan-Roma güləş komandası qüdrətlə dünya çempionluğunu təkrar edib.

Yeniyetmələrin yunan-Roma güləşi üzrə dünya çempionatı avqustun on doqquzundan iyirmi birinədək İordaniyanın paytaxtı Əmmanda keçirilib. Yarışların sonunda İran komandası Armin Şəmsipur tərəfindən 48, Əmir-Mehdi Səidi-Nəva vasitəsilə 65 və Danyal İzədi tərəfindən 92 kiloqram çəki dərəcələrində qızıl medal əldə edib. Belə bir halda, Əbülfəzl Kərəmi 51, İmad-Rza Mohsennejad 80 və Əli-Əsğər Dadbəxş 110 kiloqram çəki dərəcələrində İran millisinə bürünc medal qazandırıblar.

Komanda sıralamasında 140 xal toplayan İran komandası inamla birinci pillədə durub. 113 xal yığan Özbəkistan millisi ikinci, 105 xalq toplayan Azərbaycan yığması isə üçüncü olublar.