İran yeniyetmələr arasında sərbəst güləş üzrə dünya çempionatında ikinci oldu
İranın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandası dünya çempionatında altı rəngli medal qazanaraq, ikinci olub.
Avqustun 23-dən 25-dək İordaniyanın paytaxtı Əmmanda yeniyetmələr arasında sərbəst güləş üzrə dünya çempionatı keçirilib.
İranın yeniyetmələrdən ibarət sərbəst güləş üzrə milli komandası bu yarışlarda 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb.
71 kq çəki dərəcəsində Əbülfəzl Şəmsipur və 80 kq çəki dərəcəsində Reza Əfşar qızıl medal qazanıblar.
Digər iranlı güləşçilər Əmir-Abbas Ramazani 45 kq çəki dərəcəsində və Əmir-Abbas Əlizadə 48 kq çəki dərəcəsində gümüş, Əmir-Reza Əlipur 92 kq və Əbülfəzl Məhəmmədnejad 110 kq çəki dərəcəsində isə bürünc medal qazanıblar.
Sonda İran komandası 132 xalla ikinci olub. ABŞ 152 xalla birinci yerdə qərarlaşıb, Qırğızıstan isə 104 xalla üçüncü olub.