İranın bürünc medalı gümüşə çevirildi
Avq 31, 2024 17:15 Asia/Baku
Paris-2024 Yay Paralimpiya Oyunlarında disk atma yarışlarında İran millisini təmsil edən Pərəstu Həbibi Polşalı idmançının çıxışına etirazını bildirdikdən sonra qazandığı bürünc medalı gümüşlə əvəz edilib.
Qeyd edək ki, Pərəstu Həbibi F32 kateqoriyasında yarışaraq lövhə (disk) atmada 26.29 metr məsəfə ilə rekord göstərici əldə edib.
İran milli paralimpiya komitəsinin şikayəti ilə Polşa komandasının qazandığı qızıl medallar hesaba alınmamış və onlar turnir cədvəlindən çıxarılmışlar.
Pərəstu Həbibi İranın ilk paraatlet üzrə disk atma yarışlarında ilk medal qazanan idmançı kimi adını yazdırıb.
Xatırladaq ki, İran paralimpiyaçılar Zəhra Rəhimi, Pərəstu Həbibi və Zəfər Zakir indiyədək Paris-2024-də 3 gümüş medal qazanıblar.