Sen 03, 2024 18:06 Asia/Baku
  • İran payrağı Parisdə dalğalanmağa davam edir

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında artıq 5-ci gündür mübarizə aparan İranın paralimpiya təmsilçiləri ötən gün qızıl və gümüşdən ibarət daha 3 medal qazanaraq medal kolleksiyasını 11-ə çatdırıblar.

Paytaxtın ən böyük idman komplekslərindən biri “Stade de France”da yarışa qatılmış İran paraatletləri metal kürəcik atmada parlaq nəticələr göstəriblər.

Əmir-Hüseyn Əlipurun Asiya rekordunu qıraran 14 metr 74 sm məsafəlik atışı turnirin ilk pilləsində qərarlaşıb. O bu uğuruna görə qızıl medala layiq görülüb.

13 m 89 sm məsafəyə kürəciyi tullayan Mehdi Övlad isə ikinci olub. Mübarizə meydanında iki İranlı atletin uğurlu çıxışından sonra onlar trinerlərlə birgə İran bayrağını dalğalandırmaq şərəfinə nail olublar.

Xanım paraatlet Hacər Səfərzadə də 400 m qaçış məsafədə yüksək nəticə göstərib.

Kamandan atıcılıq üzrə İran paratletlərindən Hadi Nuri və Fatimə Himməti olduqca parlaq nəticə əldə edərək ikinci yeri tuta biliblər.

Bura qədər İran milli paralimpiyaçıları Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında 2 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıblar.