İranın oturaq valeybol komandası paralimpiyada çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i414269-İranın_oturaq_valeybol_komandası_paralimpiyada_çempionu_oldu
İranın oturaq valeybol komandası Paris 2024 paralimpiya oyunlarının final mərhələsində Bosniyalı rəqibinə qalib gələrək 8-ci dəfə çempionluğa imza atıb.
(last modified 2024-09-07T03:46:47+00:00 )
Sen 07, 2024 07:44 Asia/Baku
  • İranın oturaq valeybol komandası paralimpiyada çempionu oldu

İranın oturaq valeybol komandası Paris 2024 paralimpiya oyunlarının final mərhələsində Bosniyalı rəqibinə qalib gələrək 8-ci dəfə çempionluğa imza atıb.

Ötən gün "North Paris Arena"da keçirilən final qarşılaşmasında İran millisi 3:0 hesabı ilə rəqibini üstələyə bilib. Qeyd edək ki, bu qələbə ilə İranın oturaq valeybol üzrə milli komandası artıq 8-ci dəfədir ki, paralimpiya oyunlarının çempionu olub. İran prezidenti Məsud Pezeşkian İranlı qəhərəmanların belə bir uğurlu çıxışını təbrik edib.