Ruhullah Rüstəmi paralimpiya qızılına sahib oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i414278-ruhullah_rüstəmi_paralimpiya_qızılına_sahib_oldu
İranlı paraatlet Ruhullah Rüstəmi Paris 2024 Halter paralimpiya oyunlarında dünya və paralimpiya göstəricilərini üstələyən nəticə göstərərək İran milli paralimpiya karvanının 4-cü qızıl medlını qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 07, 2024 11:10 Asia/Baku

İranlı paraatlet Ruhullah Rüstəmi Paris 2024 Halter paralimpiya oyunlarında dünya və paralimpiya göstəricilərini üstələyən nəticə göstərərək İran milli paralimpiya karvanının 4-cü qızıl medlını qazanıb.

80 kq çəki kateqoriyasında yarışan Ruhullah Rüstəmi Paris 2024 Halter paralimpiya oyunlarında 242 kq ağırlığı qaldıraraq qızıl medala sahib olub. d Dünya və paralimpiya göstəricilərindən üstün göstəici əldə etmiş İranlı paraatlet ilkin qaldırmada 230 kq-ı uğurla qaldırdıqdann sonra 234 kq-ı ikinci sınamada rahatlıqla qaldıra bilib. 

Ruhullah Rüstəmi üçüncü qaldırmada 242 kq-ı seçərək mükəmməl fomrada başı üzərinə qaldıra bilib. O bununla da dünya və paralimpiya göstəricilərini geridə qoyaraq çempionluğa imza atıb.

Halter paralimpiya yarışının ikinci və üçüncü yerləribi müvafiq olaraq çinli və iraqlı paraatletlər bölüşüblər.