Sen 07, 2024 17:46 Asia/Baku
  • Azərbaycan növbəti qızıl medal qazanıb

Azərbaycan paraatleti Orxan Aslanov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında qızıl medal qazanıb.

İdmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib. Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Beləliklə, Azərbaycan öz aktivindəki qızıl medalların sayını 4-ə çatdırıb. "Paris-2024" Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.