Sen 22, 2024 11:49 Asia/Baku
  • “Ağacın qoynunda” filmi Oskar-da İran kinosunun nümayəndəsi oldu

“Ağacın qoynunda” bədii filmi üç yekun namizəd arasından səs əksəriyyətilə İran kinosunun nümayəndəsi kimi Oskar-2025 akademiyasına təqdim olunub.

“Farabi” kino fondunda İran kinosu nümayəndəsinin Oskar akademiyasına təqdimatı üzrə münsiflər heyəti/ şəraitə uyğun filmləri on gün araşdırdıqdan və yenidən nəzərdən keçirdikdən sonra rejissor Babək Xacə-Paşanın “Ağacın qoynunda” bədii filmini üç yekun namizəd arasından səs əksəriyyətilə İran kinosunun nümayəndəsi kimi Oskar-2025 akademiyasına təqdim edib.

Xanımlar Nərgiz Abyar və Şəbnəm Müqəddəmi və cənablar Firidun Ceyrani, Əli Dehkordi, Murtuza Rəzzaq-Kərimi, Mehdi Səccadəçi, Əkbər Nəbəvi, Behruz Şueybi və Məcid Zeynəlabidin İran kinosu nümayəndəsinin Oskar akademiyasının on doqquzuncu mərhələsində iştirakı üzrə doqquznəfərlik münsiflər heyətinin üzvləri olublar.

“Ağacın qoynunda” bədii filmi dağılmaqda olan bir ailədən bəhs edir. Film/ ailəyə/ və valideynlərlə övladlar arasındakı emosional münasibətlərə qayıdış barədə bir hekayətdir.

 

Teqlər