İranın oxatma komandası Asiya çempionatını altı müxtəlif medalla başa vurub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i414935-İranın_oxatma_komandası_asiya_çempionatını_altı_müxtəlif_medalla_başa_vurub
İranın oxatma komandası Asiya çempionatını altı müxtəlif medalla başa vurub.
(last modified 2024-09-30T14:47:12+00:00 )
Sen 30, 2024 15:43 Asia/Baku
  • İranın oxatma komandası Asiya çempionatını altı müxtəlif medalla başa vurub

İranın oxatma komandası Asiya çempionatını altı müxtəlif medalla başa vurub.

Belə ki, Moin Kərimi yeniyetmələrin kampondla oxatma yarışında Asiya çempionatının qızıl medalına sahib çıxıb və tarix yazıb.

Moin Kərimi finalda Çin Taybeyindən olan oxatanla qarşılaşıb və rəqibini yüz qırx iki-yüz otuz səkkiz hesabı ilə məğlub edib.

İranın oxatma karvanı Çin Taybeyində keçirilən yaş qrupları üzrə Asiya çempionatında on üç idmançı ilə iştirak edib və biri- qızıl, biri-gümüş və dördü-bürünc olmaqla, ümumilikdə altı medal əldə edib və turnirdəki işini uğurla başa vurub.