Okt 27, 2024 13:30 Asia/Baku
  • İranlı güləşçi dünya çempionatında qızıl medal qazanıb

İranlı sərbəst güləşçi Əmir Reza Məsumi 23 yaşadək güləşçilər arasında dünya çempionatında bolqarıstanlı rəqibini məğlub edərək, dünya çempionu olub.

Şənbə günü Albaniyanın paytaxtı Tirana şəhərində 2024-cü ildə 23 yaşadək gənclər arasında güləş üzrə dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə sıralama və final görüşləri keçirilib və İran təmsilçiləri 61 və 92 kiloqram çəki dərəcələrində müvafiq olaraq, bürünc və qızıl medal qazanıblar. 

Həmçinin, Əmir Reza məsumi 125 kiloqram çəki dərəcəsinin final görüşündə bolqarıstanlı rəqibi Alen Xubulovu 11:0 hesabı ilə məğlub edərək, qızıl medalının sahibi olub və 23 yaşadək güləşçilər arasında dünya çempionatında ikinci qızıl medalını qazanıb. 

Əmir Reza Məsumi Albaniyada qızıl medal qazanmaqla yanaşı, unikal rekordun sahibi olub.

Məsumi elə bir halda çempion olub ki, dörd matçda rəqiblərinə bir xal da belə ötürməyib və rəqiblərini əla nəticələrlə məğlub edib.

Teqlər