İranlı şirkətin nano istehsalı sahəsindəki uğuru
Bir iranlı startap şirkətin tədqiqatçıları dəri yaralarının bərpası üzrə fərdiəşdirilmiş kremlər və Alzheimer xəstəliyinin profilaktikası üzrə dərman əlavələri istehsal ediblər.
Onlar bu işdə nano texnologiyasından bəhrələniblər.
Bu dərmanın formulasiyası öncə saqqız və konfet formasında nəzərdə tutulmuşdu. Lakin daha çox yaşlılara təyin edildiklərinə görə, həmin dərmanlar şərbət şəklində təqdim edildi.
Nar qabığında mövcud olan birləşmələrdən ellagik turşusunun istehsalı bu şirkətin digər tədqiqat sahələrindən olubdur.
Bu birləşmələr xərçəng xəstəliyinin yaranmasının profilaktikası sahəsində bir əlavə kimi işlədilən güclü anti-oksidana malikdir.
Sözügedən şirkət həmçinin hər bir insanın qan zərdabının ekzosomuna əsaslanaraq təmizləşdirilən kremlər istehsal edib. Bu üsuldan istifadə ilə, fərdiləşdirilmiş kremlər istehsal etmək olar.
Bu krem həmçinin püstə və nardan, eləcə də «spirulina yosunları»ndan təmizlənmiş ekzosomdan hazırlana bilər.
Fərdiləşdirilmiş krem «pullu dəmrov» kimi avtoimmun xəstəliklərə, həmçinin dəri toxumasının bərpası və üz dərisinin qaldırılmasına, habelə ləkəyə qarşı bir preparat kimi istifadə oluna bilər.