İranlı paraatlet Zəhra Rəhiminin prezidentdən azərbaycan dilində xahişi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i416917-İranlı_paraatlet_zəhra_rəhiminin_prezidentdən_azərbaycan_dilində_xahişi
Parataekvondo üzrə gümüş mükafatçı Zəhra Rəhimi Paris Olimpiya və Paralimpiya mükafatçılarının təltifetmə mərasimində İran prezidenti Məsud Pezeşkiyana azərbaycanca müraciət edib.
(last modified 2024-12-17T10:38:45+00:00 )
Dek 17, 2024 14:34 Asia/Baku

Parataekvondo üzrə gümüş mükafatçı Zəhra Rəhimi Paris Olimpiya və Paralimpiya mükafatçılarının təltifetmə mərasimində İran prezidenti Məsud Pezeşkiyana azərbaycanca müraciət edib.

İdmançı prezidentə müraciət edərək paralimpiya və olimpiyaçılara eyni yanaşılmasını istəyib.Qeyd edək ki, Zəhra Rəhimi 2006-ci il noyabrın 2-də İranın Təbriz şəhərində doğulub. O, yeddi yaşından idmanla məşğul olur. 2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarında gümüş mükafat qazanıb.

Zəhra Rəhimi bu il Vyetnamın Dananq şəhərində keçirilən Asiya çempionatında isə qızıl medal alıb.