Quran müsabiqəsinin qaydları
Bu televiziya müsabiqəsi dünyanın hər yerində yaşayan Azəridilli müsəlmanların arasında Quran tilavəti mədəniyyətinin yayılması üçün nəzərdə tutulmuşdur. İnşaallah 2025-ci ilin Ramazan ayında beynəlxalq Səhər Azəri televiziya kanalından yayımlanacaqdır. Bu müsabiqə kişilərə məxsus olub, iki bölümdə Təhqiq və Tərtil bölümlərində keçiriləcəkdir. Bu müsabiqəyə tilavətlərin göndərilməsi haqqında sizə məlumat verilmişdir.
Bismillah
Quran müsabiqəsinin qayda və qanunları
Bu televiziya müsabiqəsi dünyanın hər yerində yaşayan Azəridilli müsəlmanların arasında Quran tilavəti mədəniyyətinin yayılması üçün nəzərdə tutulmuşdur. İnşaallah 2025-ci ilin Ramazan ayında beynəlxalq Səhər Azəri televiziya kanalından yayımlanacaqdır.
Bu müsabiqə kişilərə məxsus olub, iki bölümdə Təhqiq və Tərtil bölümlərində keçiriləcəkdir. Bu müsabiqəyə tilavətlərin göndərilməsi haqqında sizə məlumat verilmişdir. Müsabiqə iştirakçılarının tilavətlərinin münsiflik qayda və qanunları aşağıdakı tərtiblədir.
Müsabiqənin keçirilmə mərhələləri
Qaliblər bir neçə mərhələ və tilavətdən sonra seçiləcəklər.
1)Müsabiqənin bölümləri
Hər bir bölüm məzmun cəhətindən digər bölümlərdən fərqlidir və müsabiqələrdə müstəqil bir bölüm sayılır. Hər bir iştirakçı yalnız bir bölümdə iştirak edə bilər. Hazırkı nizamnamədə qeyd olunan müsabiqənin bölümləri aşağıdakılardan ibarətdir:
1) Qurani-Kərimin təhqiqlə oxunuşu
2) Qurani-Kərimin tərtil ilə oxunuşu
2)Müsabiqənin mərhələləri
Bu televiziya quran müsabiqəsi 3 mərhələdən ibarətdir:
-
Birinci mərhələ (tilavətlərin göndərilməsi)
-
Yarım final mərhələsi (onlayn qoşulma)
-
Final mərhələsi (Studiyada iştirak.Gəlmək imkanı olmayanlar onlayn qoşulacaqlar)
3)Qarilərin oxuma sırası
Müsabiqənin bütün bölümləri və mərhələlərində oxuma sırası püşklə təyin olunur.
Yarım final və finalda təhqiq və tərtil tilavəti püşklərinin təyin edilməsi, münsiflər heyətinin öhdəsində olacaqdır.
4)Ümumi texniki qaydalar
1) Final bölümündə iştirakçılar, aparıcı və ya münsifin elan etməsilə tilavətə başlamalıdır.
2) Müsabiqənin bütün bölümlərində final mərhələsinə çıxan iştirakçıların püşk atma mərasimi, münsiflər heyəti və texniki komitənin rəyinə əsasən baş tutacaqdır.
3) Bütün bölümlərdə finala çıxanların sayı, münsiflər heyəti və texniki komitənin rəyinə əsasən təyin olunacaqdır.
4) Müsabiqə iştirakçılarının qiraət növü Həfsin Asimdən olan rəvayətinə əsasəndir.
Təhqiq və tərtil bölümlərinin ümumi qaydaları
1)Qurani-Kərimin təhqiq və tərtil bölümlərinin bal vermə sistemi aşağıdakı tərtiblədir:
-
Təcvid - 35 bal
-
Vəqf və İbtida - 15 bal
-
Sout - 20 bal
-
Ləhn - 30 bal
2) İştirakçılardan ikisinin və ya bir neçəsinin topladığı balları eyni olarsa, qiymətləndirmə sisteminin araşdırılmasından sonra ən yüksək bal toplayan iştirakçı təyin olunur. İlk olaraq üstünlük, təcvid, muğam, sout və vəqf və ibtidanın ballarına verilir.
3) Hər bir iştirakçı təhqiq və tərtil bölümünün final mərhələsində tərtibə əsasən 10-15 sətir müshəfi-şərifdən (Mədinə müshəfi və Həfsin Asimdən olan rəvayətinə əsasən) tilavət edəcək.
4) Müxtəlif bölümlərdə birinci mərhələ iştirakçılarının ən az qiymətləndirmə sistemi aşağdakılardan ibarətdir:
-
Təcvid - 13 bal
-
Vəqf və İbtida - 7 bal
-
Sout - 5 bal
-
Ləhn - 9 bal
Tilavət olunan ayələrdə
səhvlərə görə çıxılan
bal sistemi
Təcvid bölümünün bal sistemi (35 bal)
Bu bölüm iki yerə ayrılır: »qiraətin və təcvid hökümlərinin düzgünlüyünə«
-
bal və »fəsahətə« görə 10 bal verilir.
3 bal aparan səhvlər:
-
Hərəkələri silmək, artırmaq və ya başqa bir hərəkə ilə əvəz etmək. Məsələn: fəthəni kəsrə ilə əvəz etmək.
-
Qısa saitləri (hərəkələri) uzatmaq və ya uzun saitləri (mədləri) qısaltmaq.
Məsələn : «اَتاهم» sözünü belə oxusa: «آتاهم»
Məsələn : «جاءُو» sözünü belə oxusa: «جاءُ»( məddi təbii)
Bu qayda həmçinin « هاء » zəmirinin (işba) düzgün tələffüzünə də aiddir.
Məsələn: «مِنْهُ» ifadəsini belə oxusa: «مِنْهُو» və ya «فِيهِ» ifadəsini belə oxusa: «فِيهِي»
-
Təşdid və tənvini oxumamaq və ya təşdid və tənvin artırmaq.
-
Keçid zamanı sukun ilə vəsl etmək və ya vəqf zamanı hərəkə vermək. Yəni iskan və ya ibdal vəqfin qaydasına riayət etməmək.
Ayədə kəlmə və ya hərfi
-
-
Başqa bir kəlmə və ya hərf ilə əvəz etmək
-
Əlavə bir kəlmə və hərf artırmaq
Qeyd: Qari yuxarıdakı bəndlərdə olan səhvləri nəfəs almadan düzəldərsə, 3 bal deyil 1 bal itirir. Amma etdiyi səhvi təkrar edərsə, əlavə olaraq daha 3 balın azalmasına səbəb olacaq. Vəqf etdikdən sonra səhvini düzəldərsə 2 bal azalacaq.
-
Təhqiq və tərtil qiraətinin bölümlərində verilən püşkdə hər bir ayəni artıq və ya əskik oxumaq.
1 bal aparan səhvlər:
-
Hərfin sifətini və ya məxrəcini kamil şəkildə dəyişmək.
Məsələn: «س» hərifini «ث» kimi və ya «ط» hərifini «ت» kimi oxumaq.
Qeyd 1: Qari yuxarıda qeyd olunan səhvi nəfəs almadan düzəltsə, 2 bal deyil 1 bal itirər. Amma qari səhvini düzəltmək üçün təkrar oxuduğu zaman səhv oxuyarsa, bu səhv daha 2 balın azalmasına səbəb olur və nəticədə qari 4 bal itirmiş olur. Lakin bu səhv tilavət boyu bir neçə dəfə təkrarlansa belə hər hərfə görə oxunulan tilavətdən maksimum 4 bal azala bilər.
Qeyd 2: Hərfin məxrəcini və ya sifətini naqis tilavət etmək 0.5 balın azalmasına səbəb olar.
-
Təcvid qaydalarından hər hansı birinə əməl etməmək. Məsələn: şiddət, rixvət, qəlqələ, lin, təfxim, tərqiq, izhar, idğam, iqlab, ixfa, ğünnə, mədd (münfəsil, müttəsil, lazım, arizi, lin), imalə, təshil, səkt və s.
Qeyd 1: Bir kəlmədə bir neçə qayda cəm olarsa və qari bu qaydalara əməl etməsə, hər qaydaya əsasən 1 bal itirəcək.
Məsələn: Qari قائل kəlməsində həm istela sifətini həm də fəri məddə riayət etməsə, 2 bal itirəcək.
Qeyd 2: Qari yuxarıda qeyd olunan qaydalara, o cümlədən mədlərin və ğünnələrin ölçülərinin hədlərinə, idğam, ixfa və digər qaydaların keyfiyyətinə naqis riayət edərsə, naqisliyin həddinə uyğun olaraq 0.25-dən 0.75-ə qədər balın azalmasına səbəb olar.
Qeyd 3: Qari yuxarıdakı qanunlardan hər hansısa birini səhvən bir neçə dəfə təkrar edərsə, maksimum 3 bal itirər. Məsələn: qəlqələ hərflərin hər hansı birində qəlqələyə bir neçə dəfə təkrar olaraq riayət etməmək maksimum 3 balın azalmasına səbəb olar.
-
Münsiflərin rəyinə əsasən hərfdə ixtilas (ixtilas yəni yanaşı gələn hərfilərin tələffüzündə ifrat eləmək və ya yanaşı gələn həriflərin qəbul olunmaz halda bir-birinə daxil edilməsi).
Məsələn: «یعملون» sözündə “ayın” hərifini mim hərifində itirmək və ya «نعلن» sözündə “ayın” hərifini ləm hərifində itirmək.
-
Gözlənilmədən dil çaşqınlığı, kəkələmək, boğaza suyun yığılması və s. nəticəsində Quran sözlərinin tələffüzündə səhvə yol vermək (bu hal da bir neçə dəfə təkrar olarsa, maksimum azalmasına səbəb olar).
Fəsahət bölümünün bal sistemi (10 bal)
Quran tilavətində fəsahət deyiləndə qarinin Quranı rəğbətsiz, meyilsiz və başa düşülməyən bir halda oxumaqdan uzaq olaraq maksimum aydın, təmiz, xalis ərəb ləhçəsinə uyğun olan tələffüzü nəzərdə tutulur.
Bal azalmasına səbəb olan yerlər:
-
Hərflərin rəvan və yüksək keyfiyyətli oxunmasında ümumi çatışmazlıq maksimum balınazalmasına səbəb olar.
Çatışmazlıq bunlardan ibarətdir:
-
Hərflərin məxrəclərində, sifətlərində və əhkamında süslük etmək, rəğbətsiz, meyilsiz, şövqsüz oxumaq.
-
Sakin hərf, təşdid və vurğularda“məksin” (yəni saxlamaq, durmaq) çoxluğu və yersiz olması.
-
Qısa və uzun saitlərin yüksək keyfiyyətli tələffüzündə çatışmazlıq maksimum balınazalmasına səbəb olar.
-
Hərəkələri kamil formadafəsih ərəb ləhcəsinə uyğunlaşdırmamaq.
-
Hərəkələri təfxim və tərqiq qaydalarına uyğun olaraq kamil formada tələffüz etməmək.
-
Uzun və qısa saitlərin tələffüz ölçülərində naqislik.
-
Tilavət boyu hərflərin və hərəkələrin tələffüz sürətində qeyri mütənasiblik. balın
Qeyd: Birinci bənddə bal azalması birbaşa tətbiq olunur, amma ikinci və üçüncü bəndlərdə isə hər səhvin müqabilində 0.25 bal azalması tətbiq olunur.
Vəqf və ibtida bölümünün bal sistemi
-
küfürlü, küfrü təbliğ edən halı 3 balın azalmasına səbəb olur.
Qeyd: Qari diqqətsizlik üzündən vəqf edilməsi düzgün olan yerdən keçib yuxarıda deyilən qəbih vəqflərdən birində dayansa, yuxarıdakı qaydalara uyğun olaraq bal azaldılır. Hətta nəfəs çatışmazlığı üzündən olsa da, iztirari vəqfdən hesab olunmur.
-
Kamil ibarələrdə vəqf etmədən keçmək , qarışıq mənanın əmələ gəlməsinə və ya nəzərdə tutulan mənanın əksinə şəklərin, eyhamların yaranmasına səbəb olarsa, qari itirər.(yəni vacibi vəqflərdə dayanmamaq)
Məsələn: Ənkəbut surəsinin 26-cı ayəsində «فآمن له لوط» ibarəsində vəqf etmədən bu «مهاجر الی ربی و قال انی « ibarəyə keçmək və ya Yasin surəsinin 76-cı ayəsində «فلایحزنک قولهم» ibarəsində vəqf etmədən «انا نعلم ما یسرون و ما یعلنون» ibarəsinə keçmək.
-
ətin ortasında nəfəs almaq 1 balın azalmasına səbəb olur.
-
Ayələrin sonluğunda dayanmasa və uyğunsuz məna yaransa, çıxılır.
-
Vəqf etməyin və vəsl etməyin üstünlüyü olan yerdə vəqf etməmək zəif şəkkə, eyhama səbəb olarsa,yerə uyğun olaraq vəazalmasına səbəb olur.
Məsələn: Münafiqun surəsinin 1-ci ayəsində « إِنَّكَ لَرَسُولُ ٱللَّهِ » ibarəsində vəqf etmədən «وَٱللَّهُ يَعۡلَمُ إِنَّكَ لَرَسُولُه» ibarəsinə keçmək və ya Ənfal surəsinin 49-cu ayəsində
«غَرَّ هَٰؤُلَاءِ دِينُهُمْ» ibarəsində vəqf etmədən «وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ» ibarəsinə keçmək.
-
Nəfəs almadan səbəbsiz ayənin bir hissəsini təkrar etmək azalmasına səbəb olur.
Qeyd 1: (Erab səhvi kimi kobud səhvi düzəltmək üçün təkrar etmək bal azalmasına səbəb olmur)
Qeyd 2 : Qari yuxarıda yazılmış bəndlərə kamil riayət etməklə vəqf və ibtida bölməsinin 18 balını əldə edə bilər, yerdə qalan 2 balı əldə etmək üçün qari gərək uzun və qəbul olunan nəfəslə ayələrdə olan vəqf və ibtidaya ən gözəl şəkildə əməl etsin.
-
Vəqf yerlərində 15 saniyədən çox tialvətə fasilə vermək, hər bir yerdə 0.25 bal azalmasına səbəb olur.
Qeyd: Bu bənd təhqiq və tərtil bölümlərində maksimum 4 dəfə nəzərə alınr və bal azaldılır.
Muğam bölməsinin bal sistemi
Bu bölüm iki hissədən « صوت »və «لحن» ibarətdir. Souta 20 bal ləhnə isə 30 bal verilir.
Sout « صوت »
Təhqiq qiraəti
-
Səsin tembrinə görə maksimum 5 bal ( (طنين
Səsin tembri səsin rəngi, özünə məxsusluğu, şəxsiyyəti deməkdir.Yəni eyni yüksəkliyə, eyni ucalığa və eyni frekansa malik olan səslərin bir birindən fərqlənməsidir.
Səs tembrinin əsas xarakteri aşağıdakılardır:
-
Müsbət xarakterlər: səsin gözəlliyi, qəlbə yatımlığı, məlahətli olması, dinləyicələrə müsbət təsir qoyması.
-
Mənfi xarakterlər: burun boşluğunda xoşa gəlməz səs, tutqun səs, daimi xoşa gəlməz xırıltılı səs, quyunun dibindən gələn səsə bənzər səs və s.
-
Səsin elastikliyinə, çevikliyinəmaksimum 5 bal (انعطاف)
Səsin bütün təbəqələrində keyfiyyəti qorumaq şərti ilə pərdələrarası səsin sürətli keçidinə initaf (səsin elastikliyi) deyilir.
Bu bölümdə səsin bütün pərdələrində keyfiyyətli və düzgün keçid etməsi diqqət mərkəzində olur.
-
Səsdən məharətlə, profesional şəkildə istifadə etmək, maksimum 3 bal.
Bu bəndə təğyin (ehtiyac olduqda səsi optimal şəkildə ğinalaşdırmaq), səs tonundan düzgün istifadə, səsin intensivliyi və gücü və onun müxtəlif hal və təbəqələrində gurluğunun təmin edilməsi kimi bütün səsləndirmə metodları daxildir.
-
Səsin şiddət və ya qüvvətinə maksimum 2 bal
Çıxarılan səsin ətraf fəzadə yayılma enerjisinə səsin qüvvət və ya şiddəti deyilir. Səsin qüvvətini və ya şiddətini bu sözlə də ifadə etmək olar: volume
-
Təhrir (تحرير) maksimum 1 bal
Təhrir səsin bir pərdəsində və yaxın pərdə üzərində manevr və get-gəli (xırdalıqları) nəticəsində yaranan bir keyfiyyətdir. Bu bölmədə təhririn növü, sürətli icrası və onun kontrol edilmə bacarığı diqqət mərkəzində olur (qiymətləndirilir). Bu bölümün balı qarinin ümümi tilavətində təhrirlərdən istifadəsinə görə verilir.
-
Səsin diapazonuna maksimum 4 bal (مساحت)
Diapazun səsin ən zil hissəsi ilə ən bəm hissisinin məcmusuna deyilir.
-
Səsi 2 aktava olan qariyə 4 bal
-
Səsi 1.5 aktava olan qariyə 2 bal
-
Səsi 1 aktava olan qariyə 2 bal
-
Səsi 1 aktavadan az olan qariyə 0.50
Tərtil qiraəti
-
Səsin tembrinə görə maksimum 6 bal ( (طنين
Səsin tembri səsin rəngi, özünə məxsusluğu, şəxsiyyəti deməkdir.Yəni eyni yüksəkliyə, eyni ucalığa və eyni frekansa malik olan səslərin bir birindən fərqlənməsidir.
Səs tembrinin əsas xarakteri aşağıdakılardır:
-
Müsbət xarakterlər: səsin gözəlliyi, qəlbə yatımlığı, məlahətli olması, dinləyicələrə müsbət təsir qoyması.
-
Mənfi xarakterlər: burun boşluğunda xoşa gəlməz səs, tutqun səs, daimi xoşa gəlməz xırıltılı səs, quyunun dibindən gələn səsə bənzər səs və s.
-
Səsin elastikliyinə, çevikliyinəmaksimum 5 bal (انعطاف)
Səsin bütün təbəqələrində keyfiyyəti qorumaq şərti ilə pərdələrarası səsin sürətli keçidinə initaf (səsin elastikliyi) deyilir.
Bu bölümdə səsin bütün pərdələrində keyfiyyətli və düzgün keçid etməsi diqqət mərkəzində olur.
-
Səsdən məharətlə, profesional şəkildə istifadə etmək, maksimum 3 bal.
Bu bəndə təğyin (ehtiyac olduqda səsi optimal şəkildə ğinalaşdırmaq), səs tonundan düzgün istifadə, səsin intensivliyi və gücü və onun müxtəlif hal və təbəqələrində gurluğunun təmin edilməsi kimi bütün səsləndirmə metodları daxildir.
-
Səsin şiddət və ya qüvvətinə maksimum 2 bal
Çıxarılan səsin ətraf fəzadə yayılma enerjisinə səsin qüvvət və ya şiddəti deyilir. Səsin qüvvətini və ya şiddətini bu sözlə də ifadə etmək olar: volume
-
Təhrir (تحرير) maksimum 2 bal
Təhrir səsin bir pərdəsində və yaxın pərdə üzərində manevr və get-gəli (xırdalıqları) nəticəsində yaranan bir keyfiyyətdir. Bu bölmədə təhririn növü, sürətli icrası və onun kontrol edilmə bacarığı diqqət mərkəzində olur (qiymətləndirilir). Bu bölümün balı qarinin ümümi tilavətində təhrirlərdən istifadəsinə görə verilir.
-
Səsin diapazonuna maksimum 2 bal (مساحت)
Diapazun səsin ən zil hissəsi ilə ən bəm hissisinin məcmusuna deyilir.
-
Səsi 1 aktava olan qariyə 2 bal
-
Səsi 1 aktavadan az olan qariyə 1 bal
Ləhn «لحن» (30 bal)
-
Nəğmələri təqdim etmək bacarığı, maksimum .
Qarinin bütün tilavəti boyunca məharəti, pərdələr arası keçidlərdə onun sürət və yaradıcılığının not ardıcllığında düzgün və məntiqli formada olması diqqət mərkəzində olur.
-
Ahənglərin oxunacaq olan mətnlə, xüsusi ilə də ibarələrin axırına uyğun nizamlanması . Bütün ibarələrdə ahəng eyni olmalıdır (yəni ibarənin birində çox birində az olmamalıdır).
-
Dinləyicidə təsir qoymaq bal
-
Cazibəli, gözəl və yaradıcı (yeni,özünə məxsus ) rədiflərdən istifadə etmək bal
-
Səsin müxtəlif təbəqələrində cazibəli pərdələrdən istifadə etmək bal
-
İstifadə olunmuş pərdələr və ləhn müxtəlifliyi (tilavətin müddətinə uyğun olaraq):
Yəni qarinin bir və ya bir neçə muğamda, yaxud bir neçə muğamın tərkibində mövcud not ardıcıllığından, həmçinin bəm, orta və zildə müxtəlif pərdələrdən istifadəsi nəzərdə tutulur.
-
Muğamda (bəyat və s.) təbii vəadəti üzrə tilavəti sonlandırmaq
Bal azalmasına səbəb olan yerlər:
-
Məhşur olmayan notdan başlamaq balın azalmasına səbəb olur.
-
Muğamdan çıxmaq və uyğunsuz keçid etmək hər yerə görə bala qədər azalmağa səbəb ola bilər.
-
Muğamların icrasında çətinlik çəkmək hər yerə görə bala qədər azalmağa səbəb ola bilər.
-
Notlarda uyğunsuzluq (pərdələrdə aşağı və ya yuxarı nota qalxmaq) və təhrirlərdə uyğunsuzluq bala qədər azalmağa səbəb olar.
-
Tilavətin sürətində nəzmsizlik və eyni sürətdə oxumamaq balın azalmasına səbəb olar.
Tərtil tilavəti
-
Tərtilin üslubuna riayət etmək (tilavətin sürəti )
-
Nəğmələri təqdim etmək bacarığı, maksimum .
Qarinin bütün tilavəti boyunca məharəti, pərdələr arası keçidlərdə onun sürət və yaradıcılığının not ardıcllığında düzgün və məntiqli formada olması diqqət mərkəzində olur.
-
Ahənglərin oxunacaq olan mətnlə, xüsusi ilə də ibarələrin axırına uyğun nizamlanması . Bütün ibarələrdə ahəng eyni olmalıdır (yəni ibarənin birində çox birində az olmamalıdır).
-
Hüznlü oxumaq, nəğmələrdə və pərdələrdə gözəl cazibədarlıq numayiş etdirmək
-
Dinləyicidə təsir qoymaq bal
-
Cazibəli, gözəl və yaradıcı (yeni,özünə məxsus ) rədiflərdən istifadə etmək bal
-
Tərtil tilavətinin ürfünə münasib olan tərtil muğamlarında yaradıcılıq və yenilik 4 bal.
-
İstifadə olunmuş pərdələr və ləhn müxtəlifliyi (tilavətin müddətinə uyğun olaraq):
Yəni qarinin bir və ya bir neçə muğamda, yaxud bir neçə muğamın tərkibində mövcud not ardıcıllığından, həmçinin bəm, orta və zildə müxtəlif pərdələrdən istifadəsi nəzərdə tutulur.
-
Muğamdan çıxmaq və uyğunsuz keçid etmək hər yerə görə bala qədər azalmağa səbəb ola bilər.
-
Muğamların icrasında çətinlik çəkmək hər yerə görə bala qədər azalmağa səbəb ola bilər.
-
Tilavətin sürətində nəzmsizlik və eyni sürətdə oxumamaq balın azalmasına səbəb olar.
-
Notlarda uyğunsuzluq (pərdələrdə aşağı və ya yuxarı nota qalxmaq) və təhrirlərdə uyğunsuzluq bala qədər azalmağa səbəb olar.
Tərtil bölümünün yarım final püşkləri
-
Bəqərə surəsi 183-186
Başlanğıc:
يـأيها ٱلذين ءامنوا كتب عليكم ٱلصيام
Son:
.....لعلهم یرشدون
-
İsra 77-85
Başlanğıc:
سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنا قَبْلَکَ مِنْ رُسُلِنا
Son:
-
إلا قَليلاً
-
Furqan 58-67
Başlanğıc:
وتوكل على ٱلحي ٱلذي لا يموت
Son:
-
بین ذلک قواما
Təhqiq bölümünün yarım final püşkləri
-
Fəth surəsi 1-4
Başlanğıc:
انا فتحنا لک فتحا مبینا
Son:
......عليماً حَكيماً
-
İsra surəsi 9-12
-
إن هذالقران یهدی...
.......فصلنـه تفصیلا
3- Əhzab surəsi 41-47
یاایهالذین امنو اذکرو...
.......فضلا كبيرا