"Qəhrəman Bəbəi" İran kino tarixinin ən çox satılan animasiya filmi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i417865-qəhrəman_bəbəi_İran_kino_tarixinin_ən_çox_satılan_animasiya_filmi_oldu
Hüseyn Səfərzadəgan və Meysəm Hüseyninin rejissorluğu, Məhəmmədmehdi Məşkurinin prodüserliyi ilə çəkilmiş "Qəhrəman Bəbəi" cizgi filmi bu il Mehr ayının dördündə (25 oktyabr) ölkənin bütün kinoteatrlarında nümayiş olunmağa başlayıb və İran kino tarixinin ən çox satılan animasiya filmi rekordunu qırıb.
(last modified 2025-01-26T06:42:48+00:00 )
Yan 26, 2025 10:40 Asia/Baku

Hüseyn Səfərzadəgan və Meysəm Hüseyninin rejissorluğu, Məhəmmədmehdi Məşkurinin prodüserliyi ilə çəkilmiş "Qəhrəman Bəbəi" cizgi filmi bu il Mehr ayının dördündə (25 oktyabr) ölkənin bütün kinoteatrlarında nümayiş olunmağa başlayıb və İran kino tarixinin ən çox satılan animasiya filmi rekordunu qırıb.

"Qəhrəman Bəbəi" ölkə miqyasında 63 milyard 300 milyon tümən gəlir əldə edərək bir milyon dörd yüz mindən çox tamaşaçını cəlb etməyə nail olub.

"Qəhrəman Bəbəi" Ovj İncəsənət və Media Təşkilatının məhsuludur və "Qab Rüya" İnstitutu və "Raymon Media" şirkətinin iştirakı ilə ərsəyə gəlib və onun yayımı isə "Bəhman Səbz" institutu tərəfindən həyata keçirilir.

Qeyd etmək lazımdır ki, bu üç ölçülü İran cizgi filmi 1401-ci il (2022 -ci il) Ovj İncəsənət Təşkilatının məhsuludur və Fəcr Beynəlxalq Film Festivalının qırx ikinci dövründə nümayiş olunmuşdur.