Mart 31, 2025 14:35 Asia/Baku
  • İran sərbəst güləş üzrə Asiya çempionu oldu

İranın sərbəst güləş üzrə milli komandası dörd qızıl, bir gümüş və dörd bürünc medal əldə etməklə, Asiya çempionu olub.

Yuxarıyaşlılar arasında sərbəst güləş yarışları martın iyirmi doqquzu və otuzunda İordaniyanın Əmman şəhərində keçirilib. Sonda gənc heyətlə turnirə qatılan İran millisi Mehdi Yusefi, Əbülfəzl Rəhmani, Əmir-Hüseyn Firuzpur, Əmir-Rza Məsumi vasitəsilə qızıl, Milad Valizadə tərəfindən gümüş, həmçinin Əhməd Məhəmmədnejad-Cavan, Abbas İbrahimzadə, Sina Xəlili və Məhəmməd-Mobin Əzimi vasitəsilə bürünc medallar əldə edib.

İranın sərbəst güləşçiləri komanda sıralamasında birinci olublar. Yaponiya və Qazaxıstan yığmaları isə müvafiq olaraq, ikinci və üçüncü pillələrdə durublar.