İranın qızıl medalları on birə çatıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i419651-İranın_qızıl_medalları_on_birə_çatıb
Serbiyada keçirilən məktəbli olimpiadasında yarışların ikinci gününün sonunadək İranın qızıl medallarının sayı on birə çatıb.
(last modified 2025-04-08T11:23:38+00:00 )
Apr 08, 2025 15:08 Asia/Baku
  • İranın qızıl medalları on birə çatıb

Serbiyada keçirilən məktəbli olimpiadasında yarışların ikinci gününün sonunadək İranın qızıl medallarının sayı on birə çatıb.

İranın məktəbli idmançıları məktəbli olimpiadası yarışlarının ikinci günündə yunan-Roma güləşi, üçnəfərlik basketbol, stolüstü tennis və şahmat yarışlarında rəqiblərilə mübarizə aparıblar.

Yarışların ikinci günündə iranlı idmançılar dörd qızıl, üç gümüş və bir bürünc medal qazanmağı bacarıblar.

Bu gün əldə olunmuş medalların hesaba alınması ilə, İran yarışların ikinci gününün sonunda on bir qızıl, altı gümüş və iki bürünc medal qazanıb.

Yarışlar aprelin on dördünədək davam edəcək.