Yazdani dünyanın ən güclü yeniyetmə ağır atleti oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i420013-yazdani_dünyanın_ən_güclü_yeniyetmə_ağır_atleti_oldu
Peruda keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya çempionatında 102 kq-dan yuxarı çəki dərəcəsində iranlı idmançı yeniyetmələr arasında ən güclü ağırlıqqaldıran adını qazanıb.
(last modified 2025-05-05T11:17:06+00:00 )
May 05, 2025 15:16 Asia/Baku
  • Yazdani dünyanın ən güclü yeniyetmə ağır atleti oldu

Peruda keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya çempionatında 102 kq-dan yuxarı çəki dərəcəsində iranlı idmançı yeniyetmələr arasında ən güclü ağırlıqqaldıran adını qazanıb.

Ərdəbilli yeniyetmə Hüseyn Yəzdani birdən qaldırmada 144 kiloqram nəticə göstərərək, bürünc medal qazanıb.

O, təkanla qaldırmada 190 kiloqram nəticə ilə qızıl medal qazanıb. Ümumilikdə isə, 334 kiloqram nəticə göstərərək, yeniyetmələr arasında dünya çempionu adını qazanıb.