İranlı ağır atlet, Asiyada ən güclü
May 15, 2025 13:16 Asia/Baku
İranlı ağır atlet Ayət Şərifi 2 qızıl və 1 gümüşlə super ağır çəki dərəcəsində Asiya çempionu olub.
2025-ci ildə Ağır Atletika üzrə Asiya Çempionatının 109 kiloqramdan yuxarı çəki dərəcəsində yarışları Çində keçirilib və Asiyanın ən güclü atleti titulu İrana nəsib olub.
Ayət Şərifi birdən qaldırmada 195 kiloqram nəticə göstərərək, gümüş medal qazanıb.
O, təkanla qaldırmada 227 kiloqram nəticə ilə qızıl medalına sahib olub və toplumda 422 kiloqram nəticə ilə Asiya çempionu olub.
Super ağır çəki dərəcəsinin A qrupu yarışlarında altı ağır atlet iştirak edib.