Təbrizin yetişdirdiyi futbol komandası könülləri fəth edir
Traktora sevgi nədən qaynaqlanır? - AKTUAL
Əksər rəsmilərin, idman mütəxəssislərinin, futbol həvəskarlarının fikrincə, Traktor sadəcə bir futbol komandası deyil, ölkənin şimal-qərbində İran xalqının mentalitetinin bir hissəsidir.
Hal-hazırda Traktora olan məhəbbət bütün İranın əhalisinin qəlbində kök salıb və bu komandanın hekayəsi sevgi hekayəsinə çevrilib.
Traktor Təbrizdən tutmuş İranın istənilən yerinə azarkeşləri üçün sadəcə futbol deyil. Bu komandanın müxtəlif dövrlərdə əldə etdiyi nəticələr, xüsusən də Premyer Liqanın cari mövsümündə tarix yazmağa və çempionluğa imza atması Traktora eyni həvəsi bölüşənlər arasında qürur və həmrəylik simvoluna çevrilib.
Hal-hazırda stadionda, televizorda futbola baxmaq, ondan həzz almaq xalqın bu komandaya olan sevgi və marağının bir hissəsidir. Başqa sözlə Traktor artıq ictimai həyatın, bu komanda ilə yaşayan insanların və azarkeşlərin sevinc və kədərinə çevrilib.Eyni zamanda Traktor düzgün və rasional planlaşdırma ilə daha çox həmrəylik və sosial həvəs yaratmaq üçün optimal şəkildə istifadə edilməli olan atmosfer yaratmışdır. Ona görə də əsl Traktor azarkeşləri daha çox komandalarının uğurunda maraqlıdırlar.
Digər tərəfdən bu gün idmana və futbola maraq göstərən xanımlar stadionlara gələrək sevimli komandalarını yaxından dəstəkləyə bilirlər.Traktor azarkeşlərinin alqışları və şüarları İran futbolunda yeni bir fanat məktəbi yaradıb.
Beləliklə də müasir İran tarixində Azərbaycan əhalisinin, təbrizlilərin qəhrəmanlığının bir guşəsini əks etdirən fotoşəkillər və yazılar hər kəsin gözü önündə illər boyu yaddaşlarda qalacaq gözəl mənzərəni təqdim edir.
Müqəddəs Müdafiə şəhidləri Mehdi və Həmid Bakiri, Səttar Xan və Baqır Xan kimi qəhrəmanların, şəhid vali və şəhid imam-cümənin fotoşəkilləri, bütün bunlar Traktor fanatlarının yüksək intellektini göstərir.
Bu gün “Traktor” futbol komandası Azərbaycan bölgəsinin simvoluna və onun mədəniyyətinin bir hissəsinə çevrilib və bu komanda İran futboluna yeni həyat verən azarkeşlərə malikdir.
Bu gün təkcə Traktor həvəskarları deyil, ölkənin əksər əhalisi Traktoru sevir.Traktor həvəskarlarının diapazonu bu gün sadə vətəndaşlardan tutmuş elm adamlarına, kasıblardan tutmuş zənginlərə qədər çox genişdir, lakin onların hamısı öz şəxsiyyətlərini müdafiə etmək üçün traktor adlı komandanın ətrafında dövrə vururlar.