May 17, 2025 12:28 Asia/Baku

İranın «Traktor» futbol klubunun azarkeşləri «Ginnes» rekordunu qırıblar.

Dünyada azarekeşlərin alqış rekordu on iki dəqiqədir. «Traktor» futbol klubunun azarkeşləri isə on beş dəqiqəlik alqışla bu rekordu qırdılar. Bunları, «Traktor»un çempionluq şənliyində iştirak edən «Ginnes» rekordlarının qeydə alınması üzrə iranlı nümayəndə bildirib.

Qeyd edək ki, «Traktor» azarkeşləri İran Premyer Liqasında birinci olması münasibətilə öz komandalarını on beş dəqiqə alqışlayıblar.

Futbol azarkeşləri həmçinin Xidmət Şəhidlərinin şəhadətlərinin ildönümü ərəfəsində Təbrizin sabiq imam-cüməsi Şəhid Ali-Haşimi yad ediblər.

Mərasimin əvvəlində də İranın Şərqi Azərbaycan vilayətinin sabiq valisi Şəhid Malik Rəhmətinin ailəsinə hörmət ifadə edilib.

Mərasimdə Müqəddəs Müdafiə şəhidləri Mehdi və Həmid Bakirinin, şəhid vali və şəhid imam-cümənin fotoşəkilləri diqqət çəkirdi. Bütün bunlar «Traktor» fanatlarının yüksək intellektini göstərir.

Sonda qeyd edək ki, «Traktor»un uğuru İran futbolunun uğuru deməkdir.