Ronaldo rəsmi şəkildə Əl-Nəsr klubundan ayrılır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i420421-ronaldo_rəsmi_şəkildə_Əl_nəsr_klubundan_ayrılır
İspaniyanın “Marka” qəzeti tanınmış jurnalist Feliks Diazın sözlərinə istinadən yazıb ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Əl-Nəsr klubu ilə yollarını ayıracaq.
(last modified 2025-05-29T11:24:24+00:00 )
May 29, 2025 13:23 Asia/Baku
  • Ronaldo rəsmi şəkildə Əl-Nəsr klubundan ayrılır

İspaniyanın “Marka” qəzeti tanınmış jurnalist Feliks Diazın sözlərinə istinadən yazıb ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Əl-Nəsr klubu ilə yollarını ayıracaq.

Diaz öz məlumatında bu qərarın qəti olduğunu bildirib və deyib ki, bu hekayə sona çatıb. Rəsmi açıqlamanın isə bu gün verilməsi planlaşdırılıb. Bu xəbər idman aləmində böyük bir şok yaradıb.

Bəzi məlumatlara görə, Ronaldonun “Əl-Hilal”a keçidi çətin göründüyü üçün onun Ciddənin “Əl-Əhli” klubuna qoşulacağı ehtimal olunur. Həmçinin Ronaldonun gələcəyi ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək klublardan birinə qoşulması ilə bağlı ola bilər.