«Traktor» superkubokun qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i421226-traktor_superkubokun_qalibi_oldu
Tehranın «İstiqlal» klubuna qalib gələn «Traktor» futbol klubu İran futbolunun superkubokuna sahib çıxıb.
(last modified 2025-08-12T05:30:14+00:00 )
Avq 12, 2025 09:28 Asia/Baku
  • «Traktor» superkubokun qalibi oldu

Tehranın «İstiqlal» klubuna qalib gələn «Traktor» futbol klubu İran futbolunun superkubokuna sahib çıxıb.

«Traktor», İran futbol klublarının superkuboku görüşündə heyrətləndirici bir kambəklə «İstiqlal»a iki-bir hesabı ilə qalib gəlməyi və çempionluq titulunu öz adına qeydə aldırmağı bacarıb.

İran premyer liqasının iyirmi dördüncü mövsümünün çempionu olan «Traktor» və İran kubokunun qalibi olan «İstiqlal» klubu dünən axşam İran superkuboku matçında qarşı-qarşıya gəliblər ki, İran futbolunun yeni mövsümünün ilk kubokunun sahibi müəyyən edilmiş olsun.

«İstiqlal»ın qolu oyunun on ikinci dəqiqəsində baş tutub.

Özünün birinci qolunu səksən birinci dəqiqədə penalti nöqtəsindən vurulan zərbə ilə reallaşdıran «Traktor», ikinci və qalibiyyət qoluna, oyunun doxsanıncı dəqiqəsində nail olub.