Müqəddəs Məşhəd Həzrət İmam Rza(ə)-ın şəhadətinə matəm saxlayır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i421333-müqəddəs_məşhəd_həzrət_İmam_rza(ə)_ın_şəhadətinə_matəm_saxlayır
Müqəddəs Məşhəd səkkinci imam- Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günündə Əhli-Beyt(ə)-ın eşqi ilə döyünən bütün qəlblərin görüş yeridir.
(last modified 2025-08-25T04:09:29+00:00 )
Avq 24, 2025 08:08 Asia/Baku
  • Müqəddəs Məşhəd Həzrət İmam Rza(ə)-ın şəhadətinə matəm saxlayır

Müqəddəs Məşhəd səkkinci imam- Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günündə Əhli-Beyt(ə)-ın eşqi ilə döyünən bütün qəlblərin görüş yeridir.

Samin-əl-höcəc(ə)-ın şəhadətinin ildönümü günündə Rəzəvi ziyarətgahının ətrafında yaşayanlar və zəvvarlar yaxın və uzaqdan özlərini Müqəddəs Məşhədə çatdıran piyada karvanları ilə yanaşı Rəzəvi hərəmi səmtinə çıxan yollarda əzadarlıq edib, matəm saxlamaqdadırlar.

Təbil və ney ilə müşayiət olunan və qara libaslar geyinmiş sinə və zəncir vurma dəstələri şiələrin səkkinci imamının matəmində öz kədərlərini Məşhəd küçələrində cilvələndiriblər.

Rəzəvi hərəminə çıxan iki yol səmtində zəvvarlara xidmət göstərən çadırlar qurulub.

Bu gün Rəzəvi hərəmində müxtəlif tədbirlər, o sıradan, uca səsli mədhiyyəçilik və şami-qəriban mərasimi keçiriləcək.