Avq 25, 2025 18:34 Asia/Baku
  • Fransalı tamaşaçılar Fransanın qəlbində Qəzzə ilə həmrəylik nümayiş etdiriblər

Xəbər mənbələri bildiriblər ki, Fransada "Olimpik Marsel" və "Paris FC" futbol komandaları arasında keçirilən matçda tamaşaçılar sionist rejimin cinayətlərini pisləyən böyük plakatlar asaraq, Fələstin xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Fələstin mediasının məlumatına görə, plakatlarda “Qəzzəni azad edin”, “Soyqırımı dayandırın”, “Fələstin xalqını azad edin” kimi cümlələr yazılıb.

Fransa prezidenti Emmanuel Makron daha əvvəl ölkəsinin Fələstin dövlətini rəsmən tanıyacağını və bununla bağlı sentyabrda BMT Baş Assambleyasında rəsmi açıqlama verəcəyini deyib.

Makron X hesabında etdiyi paylaşımda yazıb ki, “sülh mümkündür” və bu qərarı "Fransanın Yaxın Şərqdə davamlı və ədalətli sülhə dair tarixi öhdəliyinə uyğyn olaraq, verib.

Makron Qəzzədə dərhal atəşkəs, bütün sionist məhbusların azad edilməsi və Qəzzə xalqına irimiqyaslı humanitar yardımların çatdırılmasının vacibliyini vurğulamışdı.