Sen 07, 2025 15:00 Asia/Baku
  • Bu gecə

Bu gecə axşam saatlarında Ayın tam tutulması səmanı qırmızıya bürüyəcək ə bütün dünyada milyardlarla insan bu gözəl və nadir fəza hadisəsini izləyə biləcək.

Ayın tutulması saat 19:28-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11-də baş verəcək. Tam tutulma 82 dəqiqə davam edəcək.

Bu astronomik hadisə İran da daxil olmaqla dünyanın geniş yerlərində müşahidə olunur.

Qeyd edək ki, tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır.

Bu hadisə ilin ən möhtəşəm astronomik hadisələrindən biridir.