Sen 16, 2025 14:49 Asia/Baku
  • İranın sərbəst güləş yığması dünya çempionu olub

İranın sərbəst güləş yığması tarixdə altıncı dəfə olaraq, dünya çempionu olub.

İranın sərbəst güləş komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2025-ci il dünya çempionatında indiyədək səkkiz çəki dərəcəsində bir qızıl, bir gümüş və üç bürünc medal qazanaraq, ABŞ komandasını qabaqlayıb və çempionluq titulunu erkən əldə edib.

Əmir Hüseyn Zare 125 kq çəki dərəcəsində qızıl medalı qazanıb. Əhməd Məhəmmədnejad Cavan 61 kq çəki dərəcəsində gümüş, 86 kq çəki dərəcəsində Kamran Qasimpur, 79 kq çəki dərəcəsində Məhəmməd Noxodi və 92 kq çəki dərəcəsində Əmir Hüseyn Firuzpur isə bürünc medal qazanıblar.

İran komandasının hələ iki finalçısı var və Rəhman Əmuzad 65 kq çəki dərəcəsində və Əmir Əli Azərpira 97 kq çəki dərəcəsində bu gecə qızıl medal uğrunda finalda mübarizə aparacaqlar. 

İranın sərbəst güləş komandası bundan əvvəl beş dəfə dünya çempionatının qalibi olub və 1961, 1965, 1998, 2002 və 2013-cü illərdə dünya çempionatının zirvəsində dayanıb. Son qələbə 12 il əvvəl Macarıstanın paytaxtı Budapeştdə əldə olunub.