Dek 22, 2025 17:33 Asia/Baku
  • İranın şahmat komandası parlaq çıxış etdi; İki qızıl medal və dünya üzrə dördüncü yeri qazandı

İranın müxtəlif yaş kateqoriyaları üzrə şahmat komandası Antalyada keçirilən dünya çempionatında blits bölməsində iki qızıl medal qazanaraq, həm komandalar cədvəlində, həm də medallar sıralamasında dördüncü yerə sahib oldu və bir daha ölkənin şahmat istedadlarını dünyaya tanıtdı.

Şahmat üzrə dünya çempionatının blits yarışları iki gün ərzində Türkiyənin Antalya şəhərində keçirildi və İran təmsilçiləri parlaq çıxış etdilər.

Ramtin Kakavənd 13 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 8 xal toplayaraq, qızıl medal qazandı. 15 yaşadək qızlar kateqoriyasında isə Roşa Əkbəri 9 görüşdən 7.5 xal toplayaraq, çempion oldu.

Yekun komanda cədvəlində İran komandası, Özbəkistan və Türkiyə komandalarından sonra dördüncü yeri tutdu.