Avq 02, 2020 22:52 Asia/Baku
  • Fələstin sionist rejim əleyhinə şikayət etdi

Fələstin Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsindən sionist rejimin fələstinlilərə qarşı cinayətləri və Fələstin ərazilərində qanunsuz yaşayış massivləri salması məsələsini araşdırmasını, cinayətkarları cəzalandırmasını istədi.

SəhərAzəri-nin məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında sionist rejimin Əl-İsaviyə məhəlləsinə bitişik ərazidə yeni yaşayış massivinin salınmasına dair qərarı kəskin formada tənqid edilib və beynəlxalq ictimaiyyətdən sionist rejimin qanunsuz rəftarları qarşısında üzərinə düşən vəzifəyə əməl etməsini istəyib. 

Fələstin Xarici İşlər Nazirliyi İsrailin bu addımını tarixi Fələstin torpaqlarında əhalinin tərkibinin dəyişdirilməsinə yönəlmiş təxribatçı hərəkət adlandırıb. 

Qüdsün meri Əl-İsaviyə məhəlləsinin şərqində yeni yaşayış massivinin salınmasına dair layihənin təsdiq olunmasından xəbər verib.

Teqlər

Şərhlər