Apr 15, 2021 11:44 Asia/Baku
  • Sionistlərin Əl-Əqsa Məscidindəki başqa bir cinayəti

Mübarək Ramazan ayının ilk gecəsində iftar saatında Sionist İsrail rejimi qüvvələri Əl-Əqsa məscidində oruc tutanlar üçün hazırlanmış yeməklərin paylanmasının qarşısını alıblar.

SəhərAzəri xəbər verir ki, Yerli mənbələrin verdiyi məlumata görə çərşənbə gecəsi, Sionist İsrail rejiminin işğalçı qüvvələri, işğal olunmuş Fələstində Məscidüləqsada mübarək Ramazan ayının ilk gecəsində yeni bir vəhşilik törədərək, oructutanlar üçün iftar yeməklərinin paylanmasının qarşısını alıblar.

Bu işğalçı rejimin qüvvələri həmçinin müqəddəs Ramazan ayının ilk gecəsində işa namazı zamanı  səsgücləndiriciləri söndürməklə azan səsinin yayılmasına qadağa qoyublar.

Sionist İrasrail rejiminin məsul şəxsləri beş ildir ki، işğal olunmuş ərazilərdə azanın yayımını qadağan edən bir qanunun qəbulu və tətbiq edilməsinə çalışırlar؛ Fələstin qanunlarına və bu ərazilərdəki müsəlmanların dini ayinlərinə zidd olan bir qanun, ki bu ərazilərdə yaşıyan müsəlmanların muxalifəti ilə qarşılaşıb.

 

Teqlər