İyun 02, 2021 22:51 Asia/Baku
  • Fələstin Xarici İşlər Nazirliyi dörd Avropa ölkəsinin səfirlərini çağırıb

Fələstin Özünü İdarə Etmə Təşkilatının Xarici İşlər Nazirliyi Avstriya, Çekiya, Britaniya və Bolqarıstanın səfirlərini ölkələrinin BMT-nin İnsan Hüquqları Şurası və Ümumdünya Səhiyyə Təşkılatında Fələstinlə əlaqədar qətnamələrin əleyhinə səs verdikləri fonunda Xarici İşlər Nazirliyinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin xarici işlər nazirinin müavini Fələstin rəhbərliyinin bu səsdən şoka düşdüyünü söyləyib; Hansı ki, sionist rejimə Fələstin xalqının hüquqlarını pozmaq və hücumlarını davam etdirmək üçün yandırılan yaşıl işıq kimi dəyərləndirilir".

Əməl Cadu Şəkə əlavə edib: "Bu hərəkət, sionist rejimə işğalçılığı daimiləşdirmək və beynəlxalq hüquq normalarına əsasən hərbi cinayət sayılan aparteidi və zülmü davam etdirmək fürsəti verir".

BMT-nin İnsan Hüquqları Şurası keçən cümə axşamı günü İsveçrənin Cenevrə şəhərində, 24 səs lehinə, 9 səs əleyhinə və 14 bitərəf səslə Fələstinin işğal olunmuş ərazilərində insan haqları pozuntularını araşdırmaq məqsədilə bir komitənin təşkil edilməsi ilə razılaşıb. 

İşğalçı sionistlər mayın 10-dan Qəzzə zolağına və fələstinlilərə qarşı vəhşicəsinə hücumlara başlayıblar, bu hücumlar nəticəsində 69 uşaq, 39 qadın və 17 qoca daxil olmaqla 248 fələstinli şəhid olub, min 910 nəfər isə yaralanıb.

Teqlər